Milli Məclisin nümayəndə heyəti Rusiyada səfərdə olacaq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin nümayəndə heyəti Rusiyada səfərdə olacaq

06 Fevral 2018
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 6-dan 7-dək Rusiya Federasiyasının paytaxtı Moskvada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildir.

Nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Rusiya Federasiyasının Dövlət Dumasında keçiriləcək tədbirdə iştirak edəcək. Yığıncağa Dövlət Dumasının rəhbərliyi və deputatlar qatılacaqlar.

Tədbir çərçivəsində mövzu ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən sərgi təşkil olunacaq.