Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çempionlar Liqasının “Real”-PSJ oyununa biletlərin satışı 1 saat çəkib

06 Fevral 2018
Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İspaniyanın “Real” və Fransanın PSJ klubları arasında keçiriləcək ilk matçın biletləri sərbəst satışda artıq qalmayıb.

AZƏRTAC xəbər verir ki, İspaniya klubunun azarkeşlərinə bütün boş yerləri almaq üçün təxminən 37 dəqiqə lazım gəlib. İndi biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır və qiymətlər 300–24 min avro arasında dəyişir.

Madridlilər dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxış ediblər. Çünki əldən bilet alan fanatların stadiona buraxılacağına zəmanət verilmir.

Xatırladaq ki, “Real” və PSJ arasında ilk görüş fevralın 14-də Madridin “Santiago Bernabeu” stadionunda baş tutacaq. Cavab görüşü martın 6-na nəzərdə tutulub.