Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bolqarıstan barədə sənədli film çəkiləcək

06 Fevral 2018
 

Azərbaycanlı jurnalistlər Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo barədə film çəkəcəklər. Bu barədə Bolqarıstanın bir çox aparıcı KİV-i məlumat verib.

Veliko Tırnovo bələdiyyəsinin iqtisadi inkişaf üzrə müavini Snejana Daneva-İvanova tərəfindən qəbul olunan azərbaycanlı jurnalistlər iki ölkə arasında açılan yeni hava reysinin, qarşılıqlı əlaqələrin beynəlxalq iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar.

S.Daneva-İvanova Veliko Tırnova şəhərinin tarixi və inkişafı barədə qonaqlara məlumat verib. Turistlərin regiona marağından və axınından söhbət açıb.

O, Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə mövcud olan “Trapezitsa” Memarlıq Muzey-Qoruğunun bərpa olunmasından məmnun qaldıqlarını da bildirib.