Azərbaycan cüdoçusu Avropa kubokunun bürünc medalını qazanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan cüdoçusu Avropa kubokunun bürünc medalını qazanıb

04 Fevral 2018
Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 100 kiloqramdan artıq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.

Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.