Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün yeni mexanizmlər hazırlanır

03 Fevral 2018
 

Müasir dövrümüzdə internet yalnız maraqlı və əhəmiyyətli məlumatlarla deyil, həm də ziyanlı və təhlükəli veb-səhifələrlə dolu olan qlobal şəbəkədir. Uşaqlara zərərsiz olan veb-səhifələrin axtarışı, aşkarlanması və əldə edilməsi üçün xüsusi metod və vasitələrdən istifadə olunmalıdır. Onların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yeni mexanizmlər hazırlanır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatlarının olmasına baxmayaraq daha optimal üsulların, etibarlı proqram vasitələrinin və mexanizmlərin yaradılmasına ehtiyac var. Son vaxtlar təhlükələrin yaratdığı problemlərin qarşısının alınması məqsədilə veb-analitika və s. sistemlər yaradılır. Uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktika işləri, valideynlərlə iş, informasiya resurslarından istifadə, texniki nəzarət kimi üsullardan istifadə olunur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.