Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub

03 Fevral 2018


Azərbaycan Gimnastika Federasiyası (AGF) dörd il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan federasiyaların” siyahısına daxil olub.

AZƏRTAC AGF-nin saytına istinadən xəbər verir ki, federasiyamızın 2017-ci il ərzində gimnastikanın üç növü üzrə dünya kuboklarına, FIG-nin bədii gimnastika üzrə qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və FIG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etməsi, bunlarla yanaşı FIG-nin tanıdığı gimnastikanın altı növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı beynəlxalq qurum tərəfindən dəyərləndirilib. Bütün bu göstəricilərə görə, AGF ilk pillədə qərarlaşıb.

Xatırladaq ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014-cü, 2015-ci və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında yer alıb.