Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

02 Fevral 2018
Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin deputatları Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev hazırda Fransada səfərdədir.