Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin külliyatının surəti əldə olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin külliyatının surəti əldə olunub

02 Fevral 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə edib. Külliyata şairin “Divan”ı, müxtəlif münasibətlərlə yazdığı şeirlər və qəsidələr daxil edilib.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, 294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd olunub. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olub, Məkkə və Mədinəni ziyarət edib, üç dəfə Hindistana gedib. Üçüncü Böyük Moğol imperatoru, əlli il hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, xalat və bir at alıb. Heydərinin külliyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə vardır.

Şair XVI əsrin sonlarında vəfat edib.