Qazaxıstan Parlamenti Məclisinin sədri TürkPA-nın Beynəlxalq Katibliyinin mənzil-qərargahında olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qazaxıstan Parlamenti Məclisinin sədri TürkPA-nın Beynəlxalq Katibliyinin mənzil-qərargahında olub

02 Fevral 2018
Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti və Milli Məclisin sədri Oqtay Əsədov fevralın 2-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar TürkPA-nın mənzil-qərargahında yaradılan şəraitlə tanış olublar. Qeyd edilib ki, ildə-ilə fəaliyyətini genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TürkPA-nın Katibliyinin yeni inzibati binası ötən il istifadəyə verilib.

Sonra Nurlan Niqmatulin və Oqtay Əsədov binanın həyətində ağac əkiblər.

Xatırladaq ki, Türkdilli Ölkələrin Parlament Assambleyası 2008-ci ilin noyabrında yaradılıb. TürkPA-nın Katibliyi 2010-cu ildən etibarən Bakıda fəaliyyətə başlayıb.