“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

02 Fevral 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında'' Azərbaycan Respublikasının Qanununu “Yol hərəkəti haqqında'' Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2, I kitab, maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720) aşağıdakı dəyişikliklər edilsin:

1. 14-cü maddənin birinci hissəsində “dayanacaqlar” sözü “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri” sözləri ilə əvəz edilsin.

2. 26-cı maddənin altıncı hissəsində “meydançalara” sözü “parklanma yerləri,” sözləri ilə əvəz edilsin.

3. 40-3-cü maddənin dördüncü hissəsində “minmə-düşmə meydançalarının, dayanacaq məntəqələrinin örtüyü” sözləri “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin örtüyü, habelə taksi minik avtomobillərinin duracaq yerləri və yolun hərəkət hissəsinə bitişik hissədə olan parklanma yerləri” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2017-ci il