“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02 Fevral 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 354; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 7; 2005, № 11, maddə 997; 2007,   № 3, maddə 205, № 5, maddə 398; 2008, № 2, maddə 49; 2013, № 11, maddə 1289; 2016, № 7, maddə 1240; 2017, № 5, maddə 719) 30-cu maddəsinin ikinci hissəsində “vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “şəxslər  qanunla” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2017-ci il