Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əbülfəs Qarayev: Nazirlik üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir

31 Yanvar 2018
Son illər regionlarda üç ulduzlu otellərin tikintisinə üstünlük verilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir. “Turizm zonalarının layihələndirilməsi işləri bu ilin ortasına kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır”, - deyə nazir qeyd edib.