Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyanın ən uzun kişisinin və ən gödək qadınının Misir ehramları fonunda fotosessiyası

29 Yanvar 2018
Dünyanın ən uzun kişisi Sultan Kosen (Türkiyə) və ən gödək qadını Coti Amqe (Hindistan) Misir ehramları qarşısında fotosessiya ediblər.

AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, 35 yaşlı Sultan Kosenin boyu 2 metr 51 santimetr, 24 yaşlı Amqenin boyu 62,8 santimetrdir. Onların adı Ginnesin Rekordlar Kitabına salınıb.

Rekordçuların səfəri Misir Turizm Nazirliyinin turizmin təşviqi idarəsinin dəvətinə əsasən reallaşdırılıb. Məqsəd ölkənin böyük turizm potensialına diqqəti cəlb etmək və ehramlar barədə müsbət imic formalaşdırmaqdır.