Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qoca çinarın şahidliyində: BASQAL

28 Yanvar 2018
 

Tarixçilərin qənaətinə görə,  İsmayıllının Basqal qəsəbəsinin 1600-dən çox yaşı var. Qəsəbə ərazisində və ətrafında qədim  dövrlərə  aid  abidələrə,  mədəniyyət izlərinə rast gəlmək mümkündür.  İsmayıllı tarixi qala kompleksləri  ilə zəngindir. Basqalda da  antik və orta əsrlərə  şamil  edilən qala abidələri çoxdur.  Qədim yaşayış məntəqəsində  çoxəsrlik  məscidlər,  hamam, 500 illik çinar,  sənətkarlıq  ocaqları var.  “Qalabaşı” məhəlləsi ərazisində divarlarının qalınlığı bir neçə metrə çatan qala üzləri bu günədək qalmaqdadır.  Bura gələnlər Basqalın füsunkar təbiətində istirahət edir, tarixi yerləri məmnunluqla gəzib abidələr  haqqında məlumat toplamağa  çalışırlar.

Basqalın insanları da təbiəti, havası  kimi saf, təmizqəlbli, mehriban və qonaqpərvərdirlər.  Təsadüfi deyil ki, bu qədim, eyni zamanda, dilbər guşə  yerli və əcnəbi turistlərin sevimli məkanıdır. Amma təəssüf ki, qəsəbədə müasir xidmət obyektləri  azdır. Basqalın turizm potensialını, eləcə də gələn turistlərin ehtiyac və maraqlarını  nəzərə alaraq burada müasir infrastruktur yaradılarsa, bu  həm yerli əhalinin məşğuliyyətinin yüksəlməsinə, həm də turizmin inkişafına töhfə olardı...

 

Pünhan TAĞIYEV,

Basqal qəsəbə sakini