Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dağlar qoynunda müasir tibb məntəqəsi fəaliyyətə başlayıb

28 Yanvar 2018
 

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün atılan addımlar, Prezident İlham Əliyevin bu məsələyə də həssaslıqla yanaşması  ölkəmizin hər bölgəsində olduğu kimi, dağ rayonu Lerikdə də diqqət çəkir. İndi rayonun ən ucqar kəndlərində belə müasir  standartlara cavab verən tibb ocaqları  fəaliyyət göstərir. Sevindirici haldır ki, daha kəndli uzağa getmədən öz doğma kəndində müayinə və müalicə olmaqla sağlamlığını bərpa edə bilir. 

Rəzgov kəndi rayon mərkəzindən 28 kilometr aralıdadır. Bu dağ kəndində böyük  abadlıq-quruculuq işləri aparılır. Kəndin tibb məntəqəsi də yeni binaya köçürülüb. Bu, Lerikdə sayca 42-ci yeni tibb məntəqəsidir. Məntəqə müasir tibb  avadanlıqları və ləvazimatlarla tam təchiz olunub. İlk gündən burada kənd sakinlərinə yüksək səviyyəli  tibbi xidmət göstərilir. Məhz bu səbəbdən  məntəqəyə gələnlər razılıq edir, bu şəraiti, imkanı yaratdığına görə ölkə rəhbərinə  minnətdarlıqlarını bildirirlər.

 

Zəfər ORUCOĞLU,

Lerik rayon sakini