Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 Yanvar 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçdi.

German Alexandro Orteqa Almeyda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirildi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.