Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

24 Yanvar 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.