Bakı Ali Neft Məktəbi “Petronas” şirkəti ilə əməkdaşlığa başlayır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbi “Petronas” şirkəti ilə əməkdaşlığa başlayır

24 Yanvar 2018
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Malayziyanın “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin biznesin inkişafı, planlama və risklərin idarə edilməsinin rəhbəri, direktorun müavini Rəşad Məmmədov və korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor bu ali məktəbin fəaliyyəti, tələbələrin yüksək statistik göstəriciləri barədə məlumat verib. O, həmçinin BANM-in neft sektorunda əlaqə yaratdığı şirkətlər və onlarla əməkdaşlığın istiqamətlərindən danışıb.

“Petronas” şirkətinin BANM-in tələbələri ilə maraqlandığını vurğulayan R.Məmmədov iki müəssisə arasında əməkdaşlığın zəruriliyini qeyd edib. O deyib: “Niyyətimiz BANM-in tələbələrini “Bu günün öyrənənləri, sabahın liderləri” şüarı altında “Petronas” Təhsil Sponsorluq Proqramına cəlb etməkdir. Bu proqram vasitəsilə BANM-in bir neçə tələbəsi Malayziyada Petronas Texniki Universitetində dördillik bakalavriat səviyyəsində təhsili alacaq. Kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və neft-qaz geologiyası ixtisasları üzrə təhsil almaq şansı əldə edəcək tələbələr əvvəlcədən müəyyənləşmiş xüsusi kriteriyalar əsasında “Petronas Azərbaycan” şirkəti tərəfindən seçiləcəklər.

Görüşdə, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.