Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

23 Yanvar 2018
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Metyu Piqas “Lazzard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə etdi.