Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına hazırlaşanların nəzərinə!

22 Yanvar 2018
Dövlət İmtahan Mərkəzi (DİM) fənlər və siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitləri çap etdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsaitlər buraxılış imtahanlarına hazırlaşanlar üçün etibarlı mənbədir.

Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından da istifadə olunub.

Kitablar ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tərtib edilib. Vəsaitlərə buraxılış imtahanının həm birinci, həm də ikinci mərhələsi üçün tapşırıq nümunələri daxil olunub.

Buradakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa kömək göstərəcək.