Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vaşinqton İrana qarşı sanksiyaların dondurulması rejimini uzatdı

13 Yanvar 2018
ABŞ administrasiyası İranın nüvə proqramı reallaşdırması üzündən bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların dondurulması rejimini uzatmaq barədə qərar qəbul etmişdir. Bu barədə Ağ ev məlumat vermişdir. Bu o deməkdir ki, ABŞ 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə və Almaniya arasında bağlanmış beynəlxalq sazişdən çıxmır.

ABŞ Prezidenti hər 120 gündən bir İranın nüvə sazişinə riayət etdiyini təsdiqləməlidir. O əvvəllər belə bir addım atmaqdan imtina etmiş, amma axırda müvafiq sənədi imzalamışdır. Eyni zamanda Tramp bəyan etmişdir ki, belə bir qərarı sonuncu dəfə qəbul edir.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi beynəlxalq terrorizmi maliyyələşdirdiyinə və insan hüquqlarını pozduğuna görə İrana qarşı sanksiyaları genişləndirmişdir. ABŞ hakimiyyət orqanları sanksiya siyahısına İranın daha 14 fiziki və hüququ şəxsini daxil etmişdir.