Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Hmeymim”i atəşə tutanlar məhv edildi

13 Yanvar 2018
Rusiyanın Suriyadakı “Hmeymim” aviabazasını atəşə tutmuş terrorçular məhv edilmişdir. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat vermişdir.

Xüsusi əməliyyat nəticəsində müəyyən edilmişdir ki, Rusiya bazasına hücum edən silahlılar İdlib əyalətinin qərb sərhədinin yaxınlığında yerləşmişdilər. Rusiyalı kəşfiyyatçılar bütün qrupun mikroavtobusa mindiyini gözləmiş, sonra isə nəqliyyat vasitəsi raket atəşi ilə məhv edilmişdir.

Xatırladaq ki, “Hmeymim” aviabazası dekabrın 31-dən yanvarın 1-nə keçən gecə minamyot atəşinə tutulmuşdu. Nəticədə iki rusiyalı hərbi qulluqçu həlak olmuşdur.