Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Quantanamo məhbusları Trampı məhkəməyə verdilər

13 Yanvar 2018
ABŞ-ın Kubadakı Quantanamo bazasında saxlanılan məhbuslar Donald Tramp administrasiyasını Amerika konstitusiyasını və qanunlarını pozmaqda ittiham etmişlər. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər verir.

Məhbusları Ağ ev administrasiyasının onların azadlığa buraxılması proseduru barədə qərarı narazı salmışdır. Ona görə də məhbuslar Vaşinqton dairə məhkəməsində kollektiv iddia qaldırmışlar. Məhbusların vəkilləri bildirmişlər ki, Tramp administrasiyası Quantanamo məhbuslarını sonsuzluğa qədər həbsdə saxlamağa çalışır və bu isə ABŞ qanunvericiliyinin pozulması deməkdir.

Qeyd edək ki, hazırda Quantanamoda 41 məhbus qalır. Tramp ABŞ Prezidenti seçildikdən sonra Ağ ev administrasiyası məhbusların azadlığa buraxılması barədə heç bir tövsiyəni bəyənməmişdir.