Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Venesuelada daha dörd nəfər iğtişaşların qurbanı oldu

13 Yanvar 2018
Venesuelanın Merida ştatının qubernatoru Ramon Gevara bildirmişdir ki, ərzaq çatışmazlığına etiraz əlaməti olaraq keçirilmiş nümayişlərdə daha dörd nəfər həlak olmuşdur. O əlavə etmişdir ki, qarət və etiraz aksiyaları zamanı 15 nəfər yaralanmış, 12 nəfər həbs olunmuşdur.

Kolumbiyanın “Blu” radiosu xəbər verir ki, Meridanın dörd bələdiyyəsində ac sakinlər azı 200 baş mal-qaranın saxlandığı fermalara hücum etmişlər. Bundan başqa, onlar ərzaq yüklənmiş 12 maşını qarət etmişlər.

Son məlumata görə, ölkədə etiraz aksiyalarında ölənlərin sayı 120 nəfəri keçmişdir.