Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ku-kluks-klan”ın lideri öldü

13 Yanvar 2018
ABŞ-dakı “Ku-kluks-klan” irqçi təşkilatının lideri Edqar Rey Killen 92 yaşında vəfat etmişdir. Bu barədə BBC xəbər verir.

Killen 1964-cü ildə əlaltılarının törətdiyi qətl cinayətinə görə 60 il iş aldıqdan sonra həbsxanada yatırdı. Onun özü Missisipi ştatında qaradərililərin hüquqlarını müdafiə edən üç gənc fəalın öldürülməsində şəxsən iştirak etməmişdir. Cinayətdə əli olan 18 nəfər, o cümlədən şərifin köməkçisi həbs olunmuşdur. Onlardan 7-si 7 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Killen həbs edilərkən baptist kilsəsində keşişlik edirdi. O, hüquq müdafiəçilərinin qətlinin təşkilində ittiham olunurdu. Lakin o vaxt andlılar məhkəməsi baş tutmamışdı. Bununla belə, 40 ildən sonra Killen məhkəmə qarşısında dayanmış və cinayətin təşkilində təqsirli bilinmişdir.