Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-ın Enerji İnformasiya Administrasiyası: Bu il Azərbaycanın gündəlik neft hasilatı 790 min barrel olacaq

13 Yanvar 2018
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 790 min barrel təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yanvar ayı üzrə “Short-term Energy Outlook” adlı hesabatında deyilir. Bildirilir ki, bu ilin birinci rübündə ölkə üzrə sutkalıq neft hasilatı orta hesabla 810 min barrel, ikinci rübündə 800 min barrel, üçüncü rübdə 780 min barrel, dördüncü rübdə isə 770 min barrel olacaq.

EIA 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatının orta hesabla 770 min barrel olacağını proqnozlaşdırır. Belə ki, 2019-cu ilin birinci və ikinci rübündə ölkə üzrə sutkalıq neft hasilatı orta hesabla 780 min barrel, üçüncü rübdə 770 min barrel, dördüncü rübdə isə 760 min barrel olacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 810 min barrel olub. Bunun 755,1 min barrelini xam neft, 54,9 min barrelini isə kondensat təşkil edib. Gündəlik 649,4 min barrel xam neft, 54,9 min barrel kondensat, 20,1 min barrel isə neft məhsulları ixrac edilib.

Respublika üzrə gündəlik neft hasilatı ötən ilin yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda 734,8 min barrel, sentyabrda 785,7 min barrel, oktyabrda 800,6 min barrel, noyabrda isə 790,7 min barrel olub.