Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər yırtıcı hörümçəklərin 18 növünü aşkar ediblər

12 Yanvar 2018
Alimlər Madaqaskar adasında yaşayan yırtıcı hörümçəklərin 20-yə yaxın növünü aşkar ediblər. Hörümçəkkimilərin əsas növü “qatil” hörümçək ailələridir.

AZƏRTAC “Svejiy veter” saytına istinadla xəbər verir ki, bu hörümçək ailəsinin yeganə qida mənbəyi öz həmcinsləridir. Bu hörümçəklərin qabarıq başı və sinəsi, iri çənəsi onların böyük məsafədən və küncdən zərbə endirməsinə imkan verir ki, bu da qutana bənzədir. Onlar öz qurbanını dişləyərək uzun çənələrinin köməyi ilə məsafədə saxlayaraq, zəhərin təsirini gözləyirlər. “Qutanabənzər” hörümçəklər bir neçə millimetr ölçüdən artıq böyümür. Buna baxmayaraq, onlar Afrika, Avstraliya və Madaqaskarda yaşayan ən təhlükəli hörümçəklərdir.

Zooloq alimlər Hanne Vud və Nikolay Skarff Madaqaskar adasında yırtıcı hörümçəklərin bu vaxtadək məlum olmayan 18 növü ilə rastlaşıblar. Bu növlər çənələrinin quruluşu və ölçüləri, qarınları üzərindəki naxışlar və bir çox digər əlamətlərə görə fərqlənirlər.