Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Messi İspaniya Kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub

12 Yanvar 2018
“Barselona” futbol klubunun hücumçusu Lionel Messi İspaniya kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub.

AZƏRTAC “Barselona”nın rəsmi tvitterinə istinadla xəbər verir ki, 30 yaşlı argentinalı “Selta” (4:0, birinci taym) ilə matçda iki dəqiqə ərzində dubl edərək, turnirdə 45 və 46-cı qollarını vurub. Bu, tarixdə 10-cu nəticədir.

Bu sırada ilk pillə ötən əsrin 40-50-ci illərində oynamış ispan hücumçusu Telmo Sarraya (81 top) məxsusdur.