Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Polşa Aİ-dən çıxa bilər

12 Yanvar 2018
Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk istisna etməmişdir ki, Polşa hakimiyyət orqanları ölkənin Aİ-dən çıxması barədə referendum təşkil edə bilər. Bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti xəbər verir.

Tusk hesab edir ki, Polşada hakim “Hüquq və ədalət” partiyası Aİ-dən faydanı yalnız maliyyə vəsaiti almaqda görür, təhlükəsizlik problemləri və ölkənin ümumi maliyyə vəziyyəti isə iqtidarı narahat etmir. O əlavə etmişdir ki, Aİ Polşaya maliyyə yardımı edincə Varşava hər şeyi normal sayır. Amma Polşa Aİ-yə pul ayıran ölkələr arasında olsa, polyakları inandırmağa çalışacaq ki, Aİ ilə vidalaşmaq vaxtıdır.

Məlum olduğu kimi, Brüssellə Polşa hökuməti arasında fikir ayrılığı qalmaqallı məhkəmə islahatlarından qaynaqlanır. Avropa Komissiyası Varşavanı sanksiyalarla hədələmişdir.