Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Liviya kimyəvi silah ehtiyatlarından xilas oldu

12 Yanvar 2018
Liviya dəstək aldığı ölkələrin köməyi ilə kimyəvi silahın son ehtiyatlarından xilas olmuşdur. Bu barədə Liviya milli birlik hökumətinin xarici işlər naziri Məhəmməd Siyala məlumat vermişdir. 

Nazirin dediyinə görə, dünya birliyi Liviyaya texniki və logistik dəstək vermiş və bunun sayəsində kimyəvi silahı ölkədən çıxarmaq mümkün olmuşdur. O əlavə etmişdir ki, kimyəvi silah təkcə Liviya yox, həm də qonşu ölkələrin vətəndaşları üçün həmişə təhlükə olmuşdur.
Bir müddət əvvəl Kimyəvi Silahın Qadağan edilməsi Təşkilatının direktoru Əhməd Üzümçü bildirmişdi ki, Liviyadan gətirilmiş son kimyəvi silah ehtiyatları Almaniyada məhv edilmişdir.