Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ali Baş Komandanın tapşırıqları Azərbaycan Ordusunun şəxsi heyətinə çatdırılır

12 Yanvar 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqi Azərbaycan Ordusunun şəxsi heyətinin böyük marağına və vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən ictimai-siyasi hazırlıq dərsləri çərçivəsində həmin iclasda Azərbaycanın ötən il əldə etdiyi nailiyyətlər, ölkəmizin uğurlu inkişafı, qarşıda duran vəzifələr barədə səsləndirilən fikirlər, xüsusən Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılır.

Tədbirlərdə vurğulanıb ki, Prezident İlham Əliyevin düşmənlərimizə, Ermənistanın havadarlarına, dövlətimizə qarşı çıxan qüvvələrə kəskin mesaj olan nitqi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olan Ordumuzun əsgərinin döyüş ruhunu, torpaqlarımızı işğaldan azad etmək əzmini daha da artırıb.