Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarında dəyişikliklər ediləcək

12 Yanvar 2018
Yanvarın 12-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında 2017-ci ildə komitə tərəfindən görülmüş işlərə dair hesabat və 2018-ci il üçün qarşıda duran vəzifələr müzakirə edilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda, həmçinin komitə tərəfindən təsis edilən publik hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması, işinin müasir tələblərə uyğun qurulması, sahibkarların müraciətlərinə baxılması və qəbulunun təkmilləşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib, qurumun normativ hüquqi aktlarında bir sıra dəyişikliklərin edilməsi təklif olunub.

İclasda komitənin aparatı, komitənin təsis etdiyi publik hüquqi şəxslər və Respublika Elmi-Texniki Kitabxananın rəhbərlərinə 2018-ci il ərzində qarşıda duran vəzifələrin icrasını təmin etmək barədə tapşırıqlar verilib.

Məlumata əsasən, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.4-cü və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə komitənin normativ hüquqi aktlarında dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.