Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub

12 Yanvar 2018
Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün pambıq qəbulu məntəqələrinə 49 ton məhsul təhvil verilib.

Hazırda qeyri-neft sektorunun inkişafına yönəlmiş kompleks tədbirlər nəticəsində ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən pambıqçılıqda böyük artım müşahidə olunur. Ötən mövsümdə qəbul məntəqələrinə 89 min ton, bu mövsümdə isə 207 min tondan çox pambıq təhvil verilib.

AZƏRTAC pambıq tədarükünə dair yanvarın 12-nə olan operativ məlumatı təqdim edir.