Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sahil Babayev: Ötən il ixracatçılara 2,9 milyon manat məbləğində ixrac dəstəyi ödənilib

12 Yanvar 2018
İxrac təşviqi sahəsində ötən il uğurlu il oldu. Azərbaycan hökuməti tərəfindən ixracatçılara 2,9 milyon manat məbləğində ixrac dəstəyi ödənilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev jurnalistlərə müsahibəsində bildirib.

“Azərbaycan ixracatçısı xarici bazarlara öz mallarını ixrac etdikdən sonra bu valyutanı ölkəyə gətirərək Azərbaycan dövlətinin dəstəyini əldə edir və müxtəlif mallardan asılı olaraq 3 faizdən 6 faizə qədər bu dəstək Azərbaycan hökuməti tərəfindən ixracatçılara göstərilir”, - deyə nazir müavini bildirib.