Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paytaxtın Təbriz və Salatın Əsgərova küçələrində hərəkət bu gündən qısmən məhdudlaşdırılır

12 Yanvar 2018
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq paytaxtın Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 12-dən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.