Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər əl-Abadi: Ceyhana neft nəql edən boru kəmərinin bərpası tezliklə tamamlanacaq

12 Yanvar 2018
Ceyhan limanına İraq neftini nəql edən boru kəmərinin təmiri tezliklə başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Baş naziri Heydər əl-Abadi deyib.

“Türkiyə ilə Kərkük və Mosulda hasil edilən neftin nəqli üzrə, eləcə də digər bütün sahələrdə əlaqələrimizin davam etməsini istəyirik”, - deyə nazir bildirib.

O, 2017-ci ildə İraq Kürdüstan Regional Rəhbərliyində (İKRR) 7,5 milyard dollarlıq neft ixrac olunduğunu deyib.

Qeyd edək ki, İraq Kürdüstan Regional Rəhbərliyində keçirilən mübahisəli müstəqillik referendumdan sonra İraq hökumət qüvvələrinin nəzarətinə keçən Kərkükdə oktyabr ayından etibarən Kərkük-Ceyhan boru xətti ilə neft ixracı mümkün olmayıb.