Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp: “Murdar” ölkələrdən olan immiqrantlar ABŞ-a lazım deyil

12 Yanvar 2018
ABŞ KİV-lərində yayılan məlumata görə, Prezident Donald Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib ki, ABŞ Haitidən və “murdar” Afrika ölkələrindən olan immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.

Qanunvericilər yüz minlərlə gənc immiqrantı deportasiyadan qorumaq, həmçinin ABŞ sərhədlərinin müdafiəsini gücləndirmək məqsədilə iki partiya arasında kompromisin təfsilatını prezidentə bildirmək üçün onunla görüşüblər.

Hələ bir neçə ay bundan əvvəl Tramp Haitidən olan immiqrantların ünvanına təhqiramiz sözlər işlədərək, deyib ki, Haitidən olan bütün insanlar QİÇS xəstəliyinə tutulublar. Yuta ştatından olan respublikaçı konqresmen, valideynləri 1970-ci illərdə Haitidən mühacirət etmiş Mia Lav Donald Trampı bu sözlərinə görə üzr istəməyə çağırıb.

 

AZƏRTAC