Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BNA: Sürücülər tərəfindən qayda pozuntuları baş verdikdə həmin marşrut xətti üzrə müqaviləyə xitam veriləcək

12 Yanvar 2018
Avtobus sürücülərinin səriştəsizliyi səbəbindən qayda pozuntuları baş

verdikdə həmin marşrut xətti üzrə daşıyıcı ilə müqaviləyə xitam veriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) baş

direktorunun müşaviri Mübariz Abbasov deyib.

O bildirib ki, BNA artıq iki ildir ki, daşıyıcı şirkətlər və marşrut xətləri ilə

bağlı araşdırma aparıb, statistik göstəricilər əldə edib. Bu araşdırmalara əsaslanaraq BNA 2018-ci ildən daşıyıcılar qarşısında öz tələblərini qəti şəkildə qoyacaq.