Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən il qeyri-neft ixracı 24 faiz, sənaye məhsulları 21 faiz artıb

12 Yanvar 2018
Ötən il qeyri-neft ixracı 24 faiz, sənaye məhsulları 21 faiz, kənd təsərrüfatı məhsulları 28 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda İxracın və İnvestisiyaların Fondu (AZPROMO) tərəfindən İxracatçılar Klubu çərçivəsində keçirilən "Made in Azerbaijan" loqosunun təqdimat mərasimində deyib.

Nazir müavini deyib ki, ötən il 14 min fiziki və hüquqi şəxs xarici ticarət fəaliyyəti ilə məşğul olub. Eyni zamanda, 3100-dək məhsul növü ixrac edilib.