Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən il 145 ədəd ölçmə vasitəsinin tipini təsdiq edib

12 Yanvar 2018
2017-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 145 ədəd ölçmə vasitəsinin tipi təsdiq olunub, tipin təsdiq edilməsi haqqında sertifikat verilib və ölçmə vasitələri dövlət reyestrinə daxil edilib.

Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən bildirilib.

Həmin dövr ərzində maddə və materialların tərkib və xassələrinin dövlətlərarası standart nümunələr səviyyəsində tanınması məqsədilə 23 ədəd standart nümunənin sənədlərinin metroloji ekspertizası aparılaraq, komitə tərəfindən müsbət rəy verilib və standart nümunələrin reyestrinə daxil edilib.

Bundan başqa, sahibkarların müraciəti əsasında lisenziyalı fəaliyyətlə məşğul olmaq üçün 286 təsdiqedici sənəd verilib.