Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

O vaxt silahlardan atəş açılacağını heç kəs gözləmirdi...

12 Yanvar 2018
 

28 il əvvəl yanvar ayının ortalarında Bakının küçələri hələ günahsız insanların qanına boyanmamışdı. Lakin xalqın azadlıq mücadiləsinə çıxması, müstəqillik hüququnu tələb etməsi artıq dayaqları laxlamış sovet dövlətinin başçılarının və onlara dəstək verən ovaxtkı Azərbaycan rəhbərlərinin qəzəbinə səbəb olmuşdu.

Əliyalın insanlar bu qəzəbin nə ilə nəticələnəcəyini bilmirdilər. Çünki o vaxt hələ SSRİ vardı və Azərbaycan həmin dövlətin tərkibindəki respublikalardan biri idi. Ona görə də dövlətin öz ordusu vasitəsilə vətəndaşına silah tuşlaması, atəş açması ağlabatan deyildi. O günlər paytaxt küçələrinin kənarlarında görünən texnikaya uşaqlar belə qorxusuz yaxınlaşır, toxunurdular. Bəzi yerlərdə hətta topların lüləsinə gül topası qoyanlar da vardı. Bu, adi bir məqam deyildi. Bu, birmənalı olaraq qan tökülməsini istəməyən, qırğın törədilməsini rədd edən xalqın iradəsi idi. Bununla belə, şəhər narahat idi, təlatümlü dəniz kimi çalxalanırdı. Bu narahatlıq da əbəs deyildi. Çünki “yuxarı”larda Azərbaycana, onun xalqına qarşı amansız bir sui-qəsd, olmazın bir qırğın, namərdcəsinə bir cinayət hazırlanırdı...

 

“Azərbaycan”

Ağaəli MƏMMƏDOV (foto)