Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans təşkil olunacaq

11 Yanvar 2018
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın İctimai Elmlər Bölməsinin və Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil olunacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini fevralın 8-dək Azərbaycan, rus və ya ingilis dillərində [email protected] elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: (+994 12) 539-51-36;

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 115.