Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suriyada hamı hamıya qarşı vuruşacaq

11 Yanvar 2018
Suriyada mühüm strateji obyekt - Əbu Zühur aviasiya bazası uğrunda döyüşdə bir neçə terrorçu qruplaşmanın, o cümlədən İŞİD-in silahlıları, həmçinin hökumət qoşunları iştirak edəcəklər. Bu barədə “Əmaq” agentliyi xəbər verir.

Agentlik qeyd edir ki, “hamı hamıya qarşı” formatında döyüş qaçılmaz olacaq.

Dünən məlum olmuşdur ki, İŞİD silahlıları Suriya ordusunun üç hərbçisini öldürmüş, beşini əsir götürmüşlər. Cihadçıların dediklərinə görə, onlar hücumu aviabazanın ətrafında həyata keçirmişlər. Bundan bir qədər əvvəl isə bəyan etmişdilər ki, Türkiyənin dəstəklədiyi silahlı birləşmələrin müdafiəsini yarıb Əbu Zühur uğrunda mübarizəyə qoşulmuşlar.

Bununla belə, suriyalı hərbçilər iddia edirlər ki, “Cəbhə ən-Nüsrə”nin silahlılarını aviabazadan vurub çıxarmışlar. Agentlik qeyd edir ki, əslində isə döyüş yalnız indi başlayır, ona görə də mühüm strateji obyekt uğrunda döyüşdə üç tərəf iştirak edəcək.