Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya AŞ PA-nın yanvar sessiyasına nümayəndə heyəti göndərməyəcək

11 Yanvar 2018
Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyasına nümayəndə heyəti göndərməkdən imtina etmişdir. Bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy məlumat vermişdir.

Tolstoyun dediyinə görə, belə bir qərar AŞ PA-nın reqlamentində milli nümayəndə heyətlərinin hüquqlarının ayrı-seçkilikdən müdafiəsi barədə düzəliş olmadığından qəbul edilmişdir. O əlavə etmişdir ki, reqlament dəyişdirilməyənədək Rusiya AŞ PA-nın işində iştirak etməyəcək.

Xatırladaq ki, Rusiya nümayəndə heyəti 2014-cü ildə Ukrayna hadisələri və Krımın ilhaqı üzündən AŞ PA-da əsas səlahiyyətlərindən məhrum edilmişdir. Rusiya belə bir şəraitdə işləməkdən imtina etmişdir. Ötən ilin yayında Rusiya Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırmışdır.