Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almanların əksəriyyəti Merkelin vaxtından əvvəl istefaya çıxacağına inanır

11 Yanvar 2018
Koalisiya hökumətinin təşkili barədə ilkin məsləhətləşmələrin davam etməsinə baxmayaraq, almanların əksəriyyəti hesab edir ki, Kansler Angela Merkel yenidən hökumətin başçısı seçilsə də, 2021-ci ildə səlahiyyətləri başa çatanadək bu vəzifədə qala bilməyəcək. “İnfratest İmap” sosioloji institutunun apardığı rəy sorğusu buna dəlalət edir.

Tədqiqatın nəticələrinə görə, almanların 56 faizi ehtimal edir ki, Merkel 2021-ci ildən qabaq istefaya çıxacaq. Respondentlərin 23 faizi Kansleri qərar qəbul edərkən zəiflik göstərdiyinə və problemləri yoluna qoymaq əvəzinə, onların həllini yubatdığına görə tənqid edir. Bundan başqa, hökumətin başçısı səhvlərini etiraf etməyə meylli deyil. Angela Merkelin mümkün xələfinə gəlincə, almanların 30 faizinin fikrincə, ən münasib namizəd daxili işlər naziri Tomas de Mezyer olardı.