Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ Avropaya tank briqadası göndərəcək

11 Yanvar 2018
ABŞ bu ilin yayında Avropaya tank briqadası göndərməyi planlaşdırır. Bu barədə ABŞ-ın NATO yanında missiyası məlumat vermişdir.

Missiyanın məlumatında deyilir ki, Amerika ordusu Atlantic Resolve əməliyyatı qüvvələrinin növbəti rotasiyası çərçivəsində Texasdakı Fort-Hud bazasında yerləşən 1-ci kavaleriya diviziyasının tərkibinə daxil olan 1-ci tank briqadasını Avropaya göndərəcək.

Qeyd edək ki, Atlantic Resolve əməliyyatı 2014-cü ilin aprelində başlamışdır. ABŞ və NATO-nin rəsmi bəyanatına görə, əməliyyatın məqsədi Rusiya Krımı ilhaq etdikdən sonra Şərqi Avropa dövlətlərinin özlərinə əminliyini bərpa etməkdir. Əməliyyat çərçivəsində ABŞ quru qoşunları Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan və Baltik ölkələrində tez-tez keçirilən çoxmillətli təlimlərdə iştirak edir.