Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İŞİD-lə əlaqəli 60 kanadalı ölkəyə qayıdıb

11 Yanvar 2018
İŞİD terrorçu qruplaşması ilə əlaqəli təxminən 60 kanadalı Yaxın Şərqdən vətənə qayıtmışdır və hazırda xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Bu barədə Kanadanın Baş naziri Castin Trüdo məlumat vermişdir.

Trüdo qeyd etmişdir ki, 2015-ci ildən bəri vətənə qayıtmış İŞİD silahlılarının, yaxud potensial İŞİD silahlılarının sayı təxminən 60 nəfərdir. Kəşfiyyat orqanları onları daim izləyir. O əlavə etmişdir ki, Kanada hökuməti ölkə vətəndaşlarının təhlükəsizliyinə görə məsuliyyət daşıyır və bu işdə heç vaxt kompromisə getməyəcək.

Yeni il ərəfəsində Trüdo CTV telekanalına müsahibəsində bildirmişdi ki, hökumət İŞİD-lə əlaqəli olan və Kanadadan Yaxın Şərqə gedib qayıdan həmvətənlərin cəmiyyətə yenidən inteqrasiyası məsələsinə baxa bilər: “Bilirik ki, terrorçuluq fəaliyyətinə cəlb edilmiş, amma sonralar nifrət ideologiyasını rədd etmiş şəxslər gənc nəslin radikallaşmasının qarşısını alacaq güclü vasitə ola bilər”.