Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ATƏT-in fəaliyyətdə olan sədrinin inauqurasiya mərasimi keçirilib

11 Yanvar 2018
Yanvarın 11-də İtaliyanın ATƏT-də sədrliyinin başlaması münasibətilə Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib. İclasda təşkilatın fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ölkəsinin sədrlik dövrü üçün proqramını və prioritet istiqamətləri açıqlayıb.

Xüsusi iclasdan öncə yayılan bəyanatda qeyd edilib ki, İtaliya beynəlxalq təşkilata sədrliyi dövründə “Dialoq, himayədarlıq, məsuliyyət” şüarı altında açıq, şəffaf və əhatəli fəaliyyət göstərəcək. Bildirilib ki, İtaliya sədrlik dövründə ATƏT-in bütün iştirakçı dövlətləri daxilində və onlar arasında bölünmələri aradan qaldırmaq üçün səylərini aparmağa çalışacaq.

Çıxışında, həmçinin ATƏT məkanında münaqişələrə toxunan sədr ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.

 

AZƏRTAC