Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Karlo Ançelotti “Arsenal” klubunun maraq dairəsindədir

11 Yanvar 2018
İngiltərənin “Arsenal” futbol klubunun rəhbərliyi italiyalı baş məşqçi Karlo Ançelotti ilə maraqlanır.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, klubun hazırkı çalışdırıcısı Arsen Venqer yayda vəzifəsindən ayrıla bilər.

Qeyd edək ki, Ançelotti İngiltərənin “Çelsi” klubunda da çalışıb. Mütəxəssis cari mövsümdə isə “Bavariya” klubunun baş məşqçisi olsa da, futbolçular ilə arasında olan mübahisə nəticəsində komandadan ayrılıb.