Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Stiven Hokinq Yer kürəsində “dəhşətli istilər” proqnozlaşdırır

11 Yanvar 2018
“Qlobal istiləşmə Yer kürəsində həyatı dözülməz edəcək”, - britaniyalı fizik Stiven Hokinq belə hesab edir. Dünyaca məşhur britaniyalı fizik bu fikrini özünün “Sevimli məkanlar” (Stephen Hawking's Favourite Places) adlı videolayihəsinin ikinci epizodunda bildirib.

AZƏRTAC CNET portalına istinadla xəbər verir ki, professorun fikrincə, istixana effekti problemi həll olunmasa, Yer kürəsi Veneranın taleyini təkrarlaya bilər. NASA-nın tədqiqatlarına əsasən, 4 milyard il bundan öncə Venera Yer kürəsinə çox bənzəyirdi – orada su və bitki örtüyü vardı, planetin temperaturu isə yerin hazırdakı hərarətinə uyğun gəlirdi. Lakin atmosferdə parnik qazlarının toplanması Veneranı 460 dərəcəyə qədər “qızdırdı”.

Alim hesab edir ki, Yer kürəsinin yaşının 4,5 milyard il olduğunu nəzərə alsaq, artıq 200-500 ildən sonra bəşəriyyət özü üçün yeni “ev” axtarmalı olacaq.

Bir qədər əvvəl Stiven Hokinq bəşəriyyətin 2060-cı ilə qədər yox olacağını proqnozlaşdırmışdı. Alim Dünya əhalisinin sayının çoxalacağını, enerji istehlakının artacağını, planetimizin isə “odlu kürəyə” çevriləcəyini qeyd etmişdi.